FSB Ermənistanda qarabağlı türkü həbs etdi

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin Ermənistandakı əməkdaşları Türkiyə vətəndaşını saxlayıblar. Bu barədə informasiyanı Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti yayıb.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin Ermənistandakı əməkdaşları Türkiyə vətəndaşını saxlayıblar. Bu barədə informasiyanı Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti yayıb. Onun Armavir rayonunda ələ keçirildiyi bildirilib. Yaxalanan şəxs sərhədi balıq ovu etmək üçün keçib. Rusiya Sərhəd Xidməti 1995-ci il təvəllüdlü bu şəxsin Qarsın Diqor rayonunun Qarabağ kəndindən olduğunu bildirib. Onun adı ictimaiyyətə açıqlanmayıb. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31