Dünya

Məhkəmə-tibbi ekspertizaları ölüm vaxtını genlərə görə müəyyənləşdirəcək

14 Fevral 2018 19:19

Portuqaliyanın Portu Universitetinin genetiki Pedro Fereyranın rəhbərlik etdiyi qrup ölümdən 24 saat sonra hüceyrələr üzrə yayılan genlərin aktivliyinin dəyişikliklərini tədqiq edib. Əslində, hətta beyində elektrik aktivliyi tam dayanandan sonra bədən toxumaları dərhal məhv olmur. Balıqlar üzərində aparılan eksperimentlərdən məlum olub ki, bəzi genlər ölümdən sonra bir neçə gün ərzində aktivliyini qoruyur.

“Asus” şirkəti dünyada ən nazik noutbuk təqdim edib

14 Fevral 2018 19:12

“Asus” şirkəti diskret qrafika ilə təchiz edilmiş dünyada ən nazik noutbukun satışına başlayıb. “ZenBook 13” (“UX331”) modeli “IPS” matrisli 1920x1080 piksel təsvir ölçülü 13,3 düymlük sensor ekranla təchiz edilib və qalınlığı 14 mm, çəkisi isə 1,12 kq-dır.

Təkrar emal olunan smartfonlardan avtomobil akkumulyatorları hazırlanacaq

14 Fevral 2018 19:06

“Samsung SDI” şirkəti avtomobil akkumulyatorlarının buraxılışı üçün smartfonların təkrar emalı proqramını istifadəyə verəcək. Bu barədə şirkətin press-relizində deyilir.

ABŞ-ın kəşfiyyat idarəsinin yaxınlığında atışma – 3 yaralı

14 Fevral 2018 18:24

ABŞ-ın Merilend ştatında Milli Təhlükəsizlik Agentliyinin binasının yaxınlığında silahlı insident baş verib. Silahlı şəxsin insanlara atəş açması nəticəsində 3 nəfər yaralanıb.  Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən 1 nəfər polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır. 

Valilik açıqladı: "Ankarada partlayış olacaq"

14 Fevral 2018 18:06

Ankarada birazdan partlayış səsi eşidiləcək. Bu barədə Ankara valiliyindən vətəndaşlara xəbərdarlıq edilib. “Dodurqa istiqamətində yol təmir-tikinti işləri çərçivəsində tənzimlənmiş partlayış törədiləcəkdir”, - valilikdən bildirilib. 

Türkiyə Egeydə nəzarəti gücləndirir – Gərginlik

14 Fevral 2018 17:49

Türkiyə Egey dənizində Yunanıstanla gərginliyə səbəb olan Kardak qayalıqlarında liman və müşahidə qülləsi tikintisinə başlayıb. Bu barədə Türkiyə Dəniz Qüvvələri komandanlığından informasiya yayılıb. Məlumata görə, liman və müşahidə qülləsinin tikintisinə Kardak qayalıqlarından 1 mil uzaqlıqdakı Çavuş adasında başlanılıb. Yeni müşahidə qülləsinin tikintisi ilə ərazidə həm qaçaqmalçılığın, həm də Yunanıstanın təcavüzkar təşəbbüslərinin qarşısının alınması nəzərdə tutulub.

Türkiyə azərbaycanlıların şəhərində əməliyyata başlayır

14 Fevral 2018 17:44

İraqın PKK-dan, YPG-dən və digər terror təşkilatlarından təmizlənməsi çox vacibdir. Bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib. “Bunları İraqdan siləcəyik. Qəndil əməliyyatlarına başlamaq lazımdır. Qəndillə yanaşı, Kərkük, Süleymaniyyə, Sincarda da əməliyyatlar olmalıdır. Bu, İraq üçün də, bizim üçün də çox vacibdir. Harada terrorçu varsa, oranı təmizləyəcəyik. Necə öz dağlarımızda, şəhərlərimizdə antiterror əməliyyatları apardıq, eləcə də İraqda aparacağıq”, - Çavuşoğlu bildirib.

Bu dəfə Demet Akalın həbs oluna bilər 

14 Fevral 2018 17:01

Türk ulduzlar Demet Akalın və Hande Yener arasında illərdir davam edən rəqabət hələ də davam etməkdədir. Onların mübarizəsi sosial mediaya da sıçrayıb. Akalın üstü örtülü şəkildə Yenerin fanatlarını nəzərdə tuturaq “bunlar ruhi xəstənin itləridir, amma zərrə qədər də olsun marağımda deyilsiz” sözlərini yazıb.

Mən gələcəkdən gəlmiş adamam - Nuhun şok proqnozları - VİDEO

14 Fevral 2018 16:52

"2028-ci ildə insanlar Mars planetində koloniyalar yaratmağa başlayacaqlar. Zamanda səyahət, yəni gələcəkdən keçmişə keçidlər adi işə çevriləcək. Bitkoin valyuta qismində daha da populyarlaşacaq. Donald Tramp isə ikinci dəfə ABŞ prezidenti seçiləcək. Süni intellekt isə Yerdə hakimiyyəti ələ keçirəcək"

Liviyada yük maşını aşıb: 30 miqrant ölüb

14 Fevral 2018 16:34

Liviyanın cənub-qərbində, Bəni Valid şəhərində ağır yol qəzası baş verib. Məlumata görə, içərisində təqribən 300 miqrant olan yük maşını sürücünü idarəetməni itirməsi nəticəsində aşıb. Hadisə nəticəsində ən azı 30 nəfər ölüb, 100-dən çox şəxs xəsarət alıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Miqrantların əsasən Somali və Eritreyadan olduğu bildirilir.

ABŞ müdafiə naziri: “Bizi hədələsəniz, bu, sizin ən qara gününüz olacaq...”

14 Fevral 2018 15:49

ABŞ-ın müdafiə naziri, “quduz köpək” ləqəbli  general Ceyms Mattis  deyi ki, ölkəsinin ötən həftə Suriyaya hava zərbələrindən çoxsaylı Rusiya muzdlu əsgərlərinin həlak olması haqda ona heç nə deyilməyib, amma bu xəbərləri mediada görüb.

Məşhur diktor vəfat etdi

14 Fevral 2018 15:24

TRT kanalının yarandığı ilk günlərdə çalışan məşhur diktor Tuna Huş vəfat edib. Olaylar.az bildirir ki, 2001 – ci ildə beyin əməliyyatı olduqdan sonra nitq qabiliyyətini itirib. 17 il danışa bilməyən Tuna Huşun ölüm xəbərini ikinci həyat yoldaşı Berrin Huş təsdiqləyib.

Beren Saat açıqladı

14 Fevral 2018 15:20

Sərhədçilər olan avtomobilə silahlı basqın

14 Fevral 2018 15:18

Pakistanın Baloçistan əyalətində içərisində sərhədçilər olan avtomobilə silahlı basqın olub. Olaylar.az bildirir ki, hücum zamanı 4 polis əməkdaşı həlak olub. Təhlükəsizlik qüvvələri hadisə ilə əlaqədar araşdırmaya başlayarkən, terrorçuların ərazidən qaçdığı məlum olub.