Dünya

Suriya qırıcıları İsrail təyyarəsini vurdu

15 Fevral 2018 09:50

İsrail hərbi qüvvələri Suriyaya məxsus qırıcılardan atəşə tutulub. İsrailin kəşfiyyat təyyarəsi Dəməşqdən 40 kilometr məsafədə yerləşən Əl Kuneytr bölgəsinə daxil olaraq Suriyanın hava məkanında görülüb.

Bu gün ilin ilk Günəş tutulması baş verəcək

15 Fevral 2018 09:49

Bu gün ilin ilk Günəş tutulması baş verəcək. İlk Günəş tutulması bu gün Bakı vaxtı ilə saat 22:55:51-də qeydə alınacaq və fevralın 16-da da davam edəcək. Tutulma maksimuma 00:51:29-da çatacaq. Sonu saat 02:47:08-də olacaq. Təbiət hadisəsi Cənubi Amerikanın cənub hissəsində və Antarktidada müşahidə olunacaq.

Aİ Rusiyaya qarşı yeni sanksiyalar planlaşdırmır

15 Fevral 2018 09:35

Avropa İttifaqı Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı sanksiyalar tətbiq edib, Moskvaya qarşı digər sanksiyalar gündəmdə yoxdur. Bunu Avropa İttifaqının Rusiyadakı səfiri Markus Ederer bəyan edib.

CAR-ın prezidenti istefa verdi

15 Fevral 2018 09:34

Cənubi Afrika Respublikasının prezidenti Ceykob Zuma istefa verib. Bu barədə C.Zuma televiziya ilə xalqa müraciətində bildirib. “Heç bir ittihamla razı deyiləm. Lakin nizam-intizamlı üzv kimi partiyanın qərarına tabe oluram”, deyə C.Zuma bildirib.

Aktyora qarşı kampaniya başlanıldı: "Tüpürməyi tərgit"

15 Fevral 2018 09:28

"Sen Anlat Karadeniz" serialında "Vedat" obrazını canlandıran aktyor Mehmet Ali Nuroğlu yenə sosial medianın dilinə düşüb. Ekran işində həyat yoldaşı "Nəfəs"i döyən, ona işgəncələr verən Mehmet üçün izləyicilər "Tüpürməyi tərgit" kampaniyasına başlayıb. 

Amerika ilə bağlı DƏHŞƏTLİ PROQNOZ - Bir neçə ilə yerlə-yeksan olacaq

15 Fevral 2018 09:26

Amerika Kolorado Universitetinin iqlim mütəxəssisləri əsrin sonunda okean sularının səviyyəsinin 65 sm yüksələcəyini açıqlayıb. Elm adamları hava-nəzarət bilgilərinə əsaslanaraq istehsal olunan dinamik modellər sayəsində dəniz səviyyəsinin 2,9 mm artdığını təsbit edib.

Mustafa xanımının keçmiş sevgilisinə dönməsindən danışdı

15 Fevral 2018 09:19

Müğənni Mustafa Sandaldan boşanma xəbərləri ilə gündəmdə olan serbiyalı ifaçı Emina Sandalın keçmiş sevgilisiMarko Mİskoviç geri döndüyü iddia olunub. Çıxan xəərlərlə bağlı Mustafa danışıb.  O, Serbiya mətbuatının yazdığı bu xəbəri yalanlayıb: “Emina haqda çıxan məlumat tamamilə yanlışdır. Onun həqiqətlə yaxından uzaqdan heç bir əlaqəsi yoxdur”. Qeyd edək ki, bu gün Eminanın ölkəsində yazılan məlumatlara görə, onun ərindən ayrılmasına səbəb keçmiş sevgilisidir. Belə ki, E.Sandal bir vaxtlar böyük eşq yaşadığı, hətta evlənməyə hazırlaşdığı keçmiş sevgilisi Marko Miskoviçə qayıdıb. Mediada yazılanlara əsasən, Emina Markonu unuda bilməyib və onunla yenidən münasibət qurmaq qərarına gəlib.

İsrail “erməni soyqırımını” tanımaqdan imtina etdi

15 Fevral 2018 09:06

Bu gün İsrail Knesseti qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı qanun layihəsini rədd edib. Bu barədə “Jerusalem post” xəbər verib. "Knesset “Yeş Atid" partiyasının sədri Yair Lapidin irəli sürdüyü erməni soyqırımı layihəsini rədd edib”, məlumatda deyilir.

Afrinə göndərilən yardımlar terrorçuların əlinə keçdi

15 Fevral 2018 09:05

Beynəlxalq Qızıl Xaç Cəmiyyəti tərəfindən Suriyada müharibədən əziyyət çəkən əhaliyə göndərilən humanitar yardım PYD/PKK terrorçuları tərəfindən mənimsənilib. Suriya ərazisində həyata keçirilən “Zeytun budağı” antiterror əməliyyatı zamanı PYD/PKKterrorçu təşkilatlarına məxsus anbar və düşərgələrdə dinc əhaliyə göndərilən külli miqdarda yardım bağlamaları aşkar edilib.

NATO iki yeni komandanlıq yaradacaq

15 Fevral 2018 08:59

NATO-ya üzv ölkələrin müdafiə nazirləri Atlantika üzrə komandanlıq, Avropada loqistika üzrə komandanlıq və kiber-əməliyyat mərkəzinin yaradılmasına dair razılığa gəliblər. Bunun NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.

Saakaşviliyə Niderlandda şəxsiyyət vəsiqəsi verildi

15 Fevral 2018 08:57

Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşviliyə Niderlandda şəxsiyyət vəsiqəsi verilib. Bu barədə M.Saakaşvili özünün “Facebook” səhifəsində yazıb. "Niderlanda gəldikdən dərhal sonra mənə Avropa İttifaqında yaşamaq və işləmək hüququ verən şəxsiyyət vəsiqəsi verildi. Bütün prosedur bir neçə dəqiqə çəkdi”, sabiq prezident yazıb.

Gənclər Facebook-u tərk edir

14 Fevral 2018 19:50

Facebook artıq orta yaşlı insanların sosial şəbəkəsinə çevrilib. Bu barədə ABŞ-ın Marketer tədqiqat şirkəti yayıb. Şirkətin məlumatına görə, 2004-cü ildə tələbələr üçün yaranan sosial şəbəkə yeniyetmə və gənclər arasında nüfuzunu itirməkdədir.

Yer kürəsinin ən sürətli heyvanının adı açıqlandı!

14 Fevral 2018 19:35

Yer kürəsinin ən sürətli, cəld və dəqiq canlı varlıqları saniyənin səkkizdə bir hissəsi ərzində 360 dərəcə fırlanmaq və qurbanına dəqiq zərbə endirmək bacarıqlarına malik olan hörümçək-krablar hesab olunublar. “Journal of Experimental Biology” dərgisində yer alan xəbərə görə, alimlər bütün hörümçəklərin ov torlarından istifadə etmədiyini, təxminən onların yarısının qurbanını güdərək və ona tullanaraq tutmağa çalışdığını, digərlərinin isə hörümçək-krablar kimi qurbanlarına pusqudan hücum etdiklərini bildiriblər. Elm adamları bu hörümçəklərin belə fəndləri necə etdiklərini araşdırdıqlarını qeyd ediblər.

“Microsoft” şirkəti “Windows”un köhnə versiyalarının təhlükəsizliyini möhkəmləndirəcək

14 Fevral 2018 19:30

"Microsoft" şirkəti "Windows 7 SP1" və "Windows 8.1" əməliyyat sistemləri üçün təhdidlərə qarşı genişləndirilmiş müdafiə proqramını elan edib. Bu əməliyyat sistemi ilə işləyən kompüterlərin sahibləri "Windows 7" platformasına dəstək müddəti bitənədək (2020-ci il yanvar) "Windows Defender" xidmətindən yararlana biləcəklər.

“Microsoft” blokçeyn əsasında eyniləşdirmə sistemini yaradacaq

14 Fevral 2018 19:25

“Microsoft” korporasiyası yaxın gələcəkdə desentralizasiya (mərkəzləşdirilməmiş) olunmuş identifikatorların yaradılması üçün blokçeyn texnologiyasından istifadə etməyi planlaşdırır. “Microsoft”un mütəxəssisləri öz həllərini insanların fərdi məlumatlarının idarə olunması sahəsində tətbiq etmək fikrindədirlər.