CAR-ın prezidenti istefa verdi

Cənubi Afrika Respublikasının prezidenti Ceykob Zuma istefa verib. Bu barədə C.Zuma televiziya ilə xalqa müraciətində bildirib. “Heç bir ittihamla razı deyiləm. Lakin nizam-intizamlı üzv kimi partiyanın qərarına tabe oluram”, deyə C.Zuma bildirib.

Cənubi Afrika Respublikasının prezidenti Ceykob Zuma istefa verib. Bu barədə C.Zuma televiziya ilə xalqa müraciətində bildirib.

"Heç bir ittihamla razı deyiləm. Lakin nizam-intizamlı üzv kimi partiyanın qərarına tabe oluram", deyə C.Zuma bildirib.

CAR-da dövlət başçısının səlahiyyətlərini müvəqqəti olaraq vitse-prezident Siril Ramafos icra edəcək.

Qeyd edək ki, fevralın 12-də Cənubi Afrika Respublikasının hakim Milli Konqres Partiyası ölkə prezidenti Ceykob Zumaya postunu tərk etmək üçün 48 saat vaxt vermişdi. Müxalifət 2014-cü ildən etibarən C.Zumanı dövlət büdcəsindən böyük məbləğdə vəsaiti mənimsəməkdə günahlandırır. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31