Saakaşviliyə Niderlandda şəxsiyyət vəsiqəsi verildi
Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşviliyə Niderlandda şəxsiyyət vəsiqəsi verilib. Bu barədə M.Saakaşvili özünün “Facebook” səhifəsində yazıb. "Niderlanda gəldikdən dərhal sonra mənə Avropa İttifaqında yaşamaq və işləmək hüququ verən şəxsiyyət vəsiqəsi verildi. Bütün prosedur bir neçə dəqiqə çəkdi”, sabiq prezident yazıb.
15 Fevral 2018 08:57 DünyaGürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşviliyə Niderlandda şəxsiyyət vəsiqəsi verilib. Bu barədə M.Saakaşvili özünün "Facebook" səhifəsində yazıb.
"Niderlanda gəldikdən dərhal sonra mənə Avropa İttifaqında yaşamaq və işləmək hüququ verən şəxsiyyət vəsiqəsi verildi. Bütün prosedur bir neçə dəqiqə çəkdi", sabiq prezident yazıb.
Qeyd edək ki, fevralın 12-də M.Saakaşvili Kiyevdə saxlanılaraq Polşaya göndərilib. Publika.az