Dünya

“Qüdslə bağlı qərarımızdan heç vaxt geri dönmərik” – Ərdoğan

1 Mart 2018 17:44

“ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürməsi barədə verdiyi qərar bizim üçün əhəmiyyət daşımır”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Prezident qeyd edib ki, BMT və digər 128 ölkə qərara etiraz olaraq ABŞ-ın qarşısında dayandı: “ABŞ-a isə 8 ölkə dəstək verdi. Heç vaxt güc haqlı deyil, haqq güclüdür.

Ruhani Azərbaycana gəlir

1 Mart 2018 17:42

İran prezidenti Həsən Ruhani martın 28-də Azərbaycana səfər edəcək. Məlumata görə, Ruhani bir sıra rəsmilərlə görüş keçirəcək.

Ukraynanın 1682 məmur korrupsiya faktına görə saxlanılıb

1 Mart 2018 17:22

2018-ci ilin yanvar-fevral aylarında Ukraynanın Baş Prokurorluğu korrupsiya faktlarında ittiham olunan 1682 məmuru saxlayıb. Bu barədə mətbuata Ukraynanın baş prokuroru Yuriy Luçenko məlumat verib. Onun sözlərinə görə, hesabat dövründə məmurların rüşvət alması faktı üzrə artıq 362 iş məhkəməyə göndərilib.

Ərdoğan: "Afrindən sonra Mənbicin azad olunması üçün hərbi əməliyyata başlayacağıq"

1 Mart 2018 17:15

ABŞ Suriyanın Mənbic bölgəsi üzrə Türkiyənin mövqeyi barədə məlumatlıdır. Məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. Dövlət başçısı qeyd edib ki, Afrinin azad edilməsindən sonra Türkiyə Silahlı Qüvvələri Mənbicin azad olunması üzrə hərbi əməliyyata başlayacaq: "Mənbicin etnik tərkibi PYD terrorçuları tərəfindən dəyişdirilib. Bu bölgədə əhalinin 90 faizini təşkil edən ərəblər ərazidən tamamilə qovulub".

Avropada anomal soyuqlar 50 nəfərin ölümünə səbəb oldu

1 Mart 2018 16:52

Avropada anomal şaxtalar insan ölümü ilə nəticələnib. Şaxtalar nəticəsində Avropada 50-ə yaxın insan ölüb. Onlardan 32-i Polşada dünyasını dəyişib. Digərləri isə, Çexiya, Fransa, Britaniya, İtaliya və İspaniya sakinləridir.

"Mona Liza" Luvrdan çıxarılacaq

1 Mart 2018 16:33

Fransanın mədəniyyət naziri Fransuaza Nissen Leonardo da Vinçinin “Mona Liza” (Cokonda) əsərinin Parisin Luvr muzeyindən çıxarıla biləcəyini deyib. Məlumata görə, nazir bildirib ki, əsər müvəqqəti Lans şəhərində Luvrun filialında nümayiş etdirilə bilər. Bu məsələnin hazırda muzey rəhbərliyi tərəfindən müzakirə olunduğu barədə məlumat verilib.

Rusiyanın cavab zərbəsi ABŞ-ın sonu olacaq

1 Mart 2018 16:24

Avropadakı müttəfiqlərinə nüvə silahından istifadəni öyrədən ABŞ bunun bəşəriyyətin sonu olacağını unudaraq, Rusiya ilə nüvə müharibəsi istiqamətində irəliləyir. Bu barədə ehtiyatda olan rus general Yevgeni Bujinski danışıb. 

Hazırda dünya müharibəsi gedir-İRAN

1 Mart 2018 16:22

Suriyadakı savaş 80 ölkənin iştirak etdiyi dünya müharibəsidir. Bunu jurnalistlərə açıqlamasında İranın Ali dini liderinin xarici siyasət üzrə müşaviri Əli Əkbər Vilayəti söyləyib. “

Əhmədin döyüşmədiyi yer qalmadı – Yeni oyun

1 Mart 2018 15:51

Hizbullah “Müqəddəs müdafiə” adlı kompüter oyunu buraxıb. Oyun Beyrutda ictimaiyyətə təqdim edilib. Yeni oyunda əsas qəhrəman kimi Əhməd adlı Hizbullah döyüşçüsü göstərilib. Bu döyüşçünün Suriyanın Palmira, Hələb, Deyr əz-Zordakı döyüşlərdə iştirak etdiyi və missiyasını Livan-Suriya sərhədindəki döyüşlərdə başa vurduğu əks olunub.

Bred Pit və Di Kaprio eyni filmdə rol alacaq

1 Mart 2018 15:47

Məşhur aktyorlar Bred Pit və Leonardo Di Kaprio Kventin tarantinonun yeni filmində rol alacaqlar. Bu barədə “Sony Pictures” məlumat yayıb. Filmin adı “Bir zaman Hallivudda” olacaq. Hadisələr 1969-cu ildəcərəyan edir.

Mədəsini kiçildən sənətçinin vəziyyəti pisləşdi

1 Mart 2018 15:44

Mədəkiçiltmə əməliyyatından sonra 47 kiloqramadək arıqlayan aparıcı-aktrisa Müge Oruçkaplanın səhhəti pisləşib.  Dərhal xəstəxanaya çatdırılan sənətçi yenidən əməliyyat ediləcək.

5 min illik mumiyada döymələr üzə çıxdı

1 Mart 2018 15:25

İngiltərənin paytaxtı Londondakı “British Museum”da nümayiş etdirilən iki mumiyada döymələrin olduğu üzə çıxıb. Yeni texnoloji üsulla aparılan tədqiqatlar nəticəsində mumiyaların dərisində müxtəlif rəsmlərin olduğu kəşf edilib.

Putin bitkoin texnologiyasını dəstəklədi

1 Mart 2018 15:23

"Rusiya qanunları ölkədə elektron ticarət və paylaşdırılmış reyestrin inkişafına mane olmamalıdır". Bunu Rusiya Federasiya Şurasında ənənəvi illik müraciəti zamanı ölkə prezidenti Vladimir Putin deyib.

Putindən canlı yayımda NÜVƏ TƏHDİDİ

1 Mart 2018 15:18

Rusiya Federasiyasının prezidenti Vladimir Putin canlı yayımda etdiyi açıqlama ilə diqqətləri üzərinə çəkib.  Putin dünyanın hər yerini vura biləcək böyük bir nüvə silahı (raket) hazırladıqlarını deyib.

Kişiləri aldadan, qadını öldürmək istəyən gözəlçə tutuldu

1 Mart 2018 15:15

ABŞ-ın Nyu-York şəhərinin Kuins dairəsinin prokurorluğu rusiyalı Viktoriya Nasırovanı 35 yaşlı amerikalı qadını öldürməyə çalışmaqda suçlayıb. 42 yaşlı V.Nasırova 2016-cı ilin fevralında Nyu-York sakini olan qadına içinə fenazepam qatılmış çizyek təklif edib. Pirojnanı yeyəndən sonra həmin qadını özünü pis hiss edib, huşunu itirib. Axşam saatlarında qadın evində, yatağında ağır vəziyyətdə aşkarlanıb. Onun ətrafına həblər səpələnmişdi.