Dünya

Türkiyədə növbədənkənar seçkilər olacaq?

1 Mart 2018 15:12

Türkiyədə növbədənkənar parlament seçkiləri planlaşdırılmır. Bunu ölkənin Baş nazirinin müavini Bəkir Bozdağ deyib. B.Bozdağ bildirib ki, KİV-lərdə 2018-ci ilin əvvəlində növbədənkənar parlament seçkilərinin keçirilməsi xəbəri həqiqəti əks etdirmir.

“Arka sokaklar”ın Mesudu niyə toy edə bilmir?

1 Mart 2018 15:11

"Arka sokaklar” filmində Mesud obrazını canlandıran Şevket Çoruhun özünə toy etməməsinin səbəbi bəlli olub.  Ötən ilin dekabrında 2 illik sevgilisi Özge Tunayla nikah bağlayan aktyorun xeyli borcu olduğundan toy edə bilmir.

Sabah Ermənistanda prezident seçiləcək - Kim seçilə bilər? - Elman Nəsirov

1 Mart 2018 15:00

Sabah, yəni martın 2-də Ermənistanda prezident seçkiləri keçiriləcək. Ancaq əvvəlki illərdən fərqli olaraq ümumxalq səsverməsi yox, Parlament səsverməsi baş tutacaq. Builki seçkilərdə ilk dəfə Ermənistan Parlamenti növbəti 7 il üçün prezidenti seçəcək. Hazırki prezident Serj Sarkisyan bir müddət öncə bəyan edib ki, keçmiş Baş nazir, Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sarkisyan Respublika Partiyasının namizədidir.

Qarabağ Rusiyasız həll edilməyəcək – Erməni KİV

1 Mart 2018 14:54

Şərq Tərəfdaşlığı ölkələri yaxın 20 ildə Avropa Birliyinə üzv ola bilməyəcək. Bunu Ermənistanın “168 Jam” qəzetinə müsahibəsində almaniyalı politoloq Piter Şults söyləyib.

Rusiya Avropa İnsan Haqları Konvensiyasından - Avropa Şurasından çıxmağı nəzərdən keçirir

1 Mart 2018 14:38

Rusiya hökuməti Avropa İnsan Haqları Konvensiyasının denonsasiyası və Avropa İnsan Haqları Məhkəməsi ilə əməkdaşlığa son qoyulması imkanlarını öyrənir. Bu barədə “RİA Novosti”yə müvafiq dövlət idarələrindən məlumat verilib.

Oğlu evlənmədi, 7 il sonra qonşu qızının toyuna saldığı pulu geri istədi

1 Mart 2018 14:18

Türkiyədə maraqlı olay yaşanıb.  Kayseri şəhərində yaşayan M.K adlı qadın qonşusuna məktub yazıb.  Qadın məktubda qonşusundan 7 il əvvəl onun qızının toyunda xərclədiyi pulları, taxdığı qızılları qaytarmağı istəməsi qeyd olunub. M.K. bildirib ki, oğlunun 37 yaşı tamam olub və indidən sonra da onun evlənəcəyinə ümidi yoxdur.

Qarabağı qaytarmağa hazır olan namizəd SAXTA ÇIXDI

1 Mart 2018 14:10

Bu gün Ermənistan parlamenti Ermənistanın 4-cü prezidentinin seçilməsi ilə bağlı müzakirələr başlayıb. Beləliklə, Ermənistanda prezident seçkiləri start götürüb. Parlament sədri Ara Babloyan hakim Respublika Partiyası və “Daşnaksütyun” Partiyasının parlament fraksiyalarının 65 deputatının yazılı ərizə ilə prezident vəzifəsinə Armen Sarkisyanın namizədliyini irəli sürdüyünü bildirib.

Ermənistanda hərbi hissə komandirinin müavini həbs olunub

1 Mart 2018 14:06

Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Dərman Bazasından külli miqdarda oğurluq olub. Ermənistan Baş Prokurorluğunun məlumatında bildirilir ki, hərbi polisin apardığı araşdırma nəticəsində məlum olub ki, 2015-2017-ci illər ərzində N saylı hərbi hissədən (Mərkəzi Dərman Bazası) 40 milyon dram (təqribən 83 min ABŞ dolları) dəyərində dərman və avadanlıqlar oğurlanıb.

Kraliçaya sui-qəsd edən gənc türmədə necə öldü? – 37 ilin sirri

1 Mart 2018 13:17

1981-ci ildə Britaniya kraliçası II Yelizaveta Yeni Zellandiyaya səfəri zamanı sui-qəsdə məruz qalıb. Bu barədə informasiya Yeni Zellandiyanın Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin məxfilik qrifi ləğv edilmiş sənədlərində yer alıb. İctimaiyyətə təqdim edilən sənəddə II Yelizavetaya sui-qəsdin yeniyetmə tərəfindən təşkil edildiyi bildirilib. Ona sui-qəsd təşkil edən şəxsin 17 yaşlı Kristofer Con Luis olduğu açıqlanıb.

İranda hicab əleyhdarlarını ağır cəza gözləyir

1 Mart 2018 13:10

İranda hicab geyinməyə etiraz edənlər 10 il azadlıqdan məhrum edilə bilər.  İran polisinin belə xəbərdarlığı barədə “Amnesty İnternational” təşkilatı məlumat yayıb. İndiyədək hicaba etiraz aksiyalarında iştirak edənləri yalnız “mənəviyyat keşikçiləri” tərəfindən şifahi xəbərdarlıq, yaxud xüsusi tədris məktəblərinə göndərilmək gözləyirdi. Polis rəsmi şəkildə bildirirdi ki, belə qadınları cinayət məsuliyyəti gözləmir. Lakin indi İran hökuməti qərarını kəskin dəyişib. Polis etirazçıların rüşvətxorluq və fahişəliyə dəstək ittihamları ilə həbs olunacağını bildirib. 

Dubaya gedənlər DİQQƏT! Aeroportda robot-polis olacaq

1 Mart 2018 12:54

Dubay hava limanında şübhəli şəxsləri tanıya bilən və onların fəaliyyəti barədə məlumat toplayan robot istifadəyə veriləcək. Məlumata görə, Dubay Gömrük Xidməti ilk belə robotu sınaqdan keçirib.

Ermənistana pul köçürmələri iki dəfə azaldı

1 Mart 2018 12:52

Yanvar ayında Ermənistana göndərilən pul transfertləri kəskin şəkildə azalıb. Bu barədə informasiyanı “Joxovurd” qəzeti yayıb. “Yanvar ayında Ermənistana göndərilən şəxsi transfertlərin həcmi 94,672 milyon dollar olub.

Talibanın qaçırdığı 30 nəfərdən 9-u azad edildi

1 Mart 2018 12:47

Əfqanıstanın cənubunda Taliban qruplaşması tərəfindən qaçırılan 30 nəfərdən 9-u azad edilib. İki gün əvvəl Taliban döyüşçüləri Qəndəhar və Uruzqan əyalətləri arasındakı avtomobil yolunda avtobusa hücum edib sərnişinləri qaçırıbar. Daha sonra qaçırılanların bir qismi azad edilib.

Rusiyadan ŞOK İDDİA

1 Mart 2018 12:41

Suriya daxilində 7 ildir davam edən müharibəylə bağlı bugün Moskvadan kritik bir açıqlama gəlib. Rusiya Təhlükəsizlik Şurasının əməkdaşının RİA-ya verdiyi xəbərə görə, ABŞ Suriyada YPG-nin nəzarət etdiyi bölgədə indiyə qədər 20-yə yaxın hərbi baza qurub.

ABŞ nəhəngi Kremlin “göz bəbəyi”ndən imtina edir

1 Mart 2018 12:36

Antirusiya sanksiyalarına görə ABŞ-ın “Ekson Mobil” şirkəti “Rosneft”lə birgə iştirak etdiyi layihələrdən imtina edəcək. Bu barədə informasiya “Ekson Mobil”in hesabatında yer alıb. Şirkət layihələrdən imtina prosesinin cari ildən başlayacağını bildirib. “Ekson Mobil” bu layihələrdən çıxacağı halda 200 milyon dollar itirəcəyini açıqlayıb.