Dünya
Deputatlar arasında kütləvi dava - VİDEO
Ukraynanın Lutsk şəhər şurasının deputatları arasında kütləvi dava baş verib. Torpaqların icarəyə verilməsi ilə bağlı qəbul edilən qərar qarşıdurmanın yaranmasına səbəb olub.
Putin GÖZLƏNİLMƏZ MƏKANDA - 14 ildən sonra...
Türk ordusu strateji yüksəkliyi azad etdi
Türkiyə odusu Afrində Raco yüksəkliyini terrorçulardan təmizləyib. Yüksəklik ətrafdakı məntəqələri nəzarətdə saxlamağa imkan verir. Ordu yüksəklikdən Raco kəndinə doğru hərəkətə keçib. Hazırda bölgədə şiddətli döyüşlər gedir.
İrəvanda aksiya
Erməni Milli Konqresi və Ermənistan Xalq Partiyası İrəvanın Azadlıq meydanında aksiya təşkil edib. Aksiya 2008-ci ilin martın 1-də prezident seçkilərinin nəticələrinə etiraz edən müxalifətçilərlə polis arasında baş verən toqquşmalarda ölənlərin xatirəsini yad etmək məqsədi ilə təşkil olunub.
Sarkisyan Ermənistan-Türkiyə protokollarını ləğv etdi
“Android” əməliyyat sisteminin uşaqlar üçün versiyası təqdim edilib
“Escudo Web” şirkətinin ekspertləri 7 yaşdan etibarən uşağın smartfondan təhlükəsiz istifadə etməsinin mümkünlüyü barədə düşünürlər. İspan şirkətinin yeni həlli bunu təsdiq edir.
“Facebook” istifadəçilərə iş tapmağa kömək edəcək
“Facebook” rəhbərliyi bir neçə ölkədə sosial şəbəkə vasitəsilə iş axtarmağa və ya işçi heyətini seçməyə imkan verən funksiyanı istifadəyə verib. Bu barədə sosial şəbəkənin rəsmi bloqunda dərc edilən bəyanatda deyilir.
“Android” sistemi ilə işləyən 10 ən güclü smartfon bəlli olub
Smartfonların məhsuldarlığını yoxlayan “Antutu” xidməti “Android” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyən 10 ən güclü smartfondan ibarət reytinq tərtib edib. Sözügedən reytinq şirkətin rəsmi saytında dərc olunub.
Dünyada 400 QB-lıq ən sürətli “microSD” yaddaş kartı nümayiş etdirilib
“Western Digital” şirkəti Barselonada keçirilən “MWC” sərgisində dünyada tutumu 400 QB təşkil edən “UHS-I” adlı ən yüksəksürətli “microSD” yaddaş kartını təqdim edib. Şirkət, həmçinin fləş yaddaş kart texnologiyalarının gələcəyi haqda məlumat verib və “PCIe” interfeysini dəstəkləyən qurğuları nümayiş etdirib.
İki nəhəng ordu arasında qarşıdurma: Ölənlər var
Hindistan ordusu Cammu Kəşmir mahalında nəzarət məntəqəsindən Pakistan tərəfini atəşə tutub. Bhimber kəndində hindli əsgərlərin qəfildən hərbi hissəyə atəş açması nəticəsində 2 pakistanlı hərbçi həlak olub. Pakistan ordusu da öz növbəsində Hindistan tərəfinə qarşılıq verib.
Rusiyadan Türkiyəyə jest: Bu tarixdən...
Rusiya Türkiyədən bəzi kənd təsərrüfatı məhsullarının idxalına qoyduğu qadağanı aradan qaldıracaq. Bu barədə Rusiya Qida Təhlükəsizliyi qurumunun sözçüsü Yuliya Melano danışıb. Melano 5 martdan etibarən Türkiyədən Rusiyaya bibər, badımcan, kələm nar və digər kənd təsərrüfatı məhsullarının idxalına icazə veriləcəyini bildirib.
Rusiya Türkiyədən nar, badımcan, bibər, balqabaq almağa "da" deyəcək
Rusiyanın Federal Baytarlıq Nəzarəti Xidməti martın 5-dən Türkiyədən nar, badımcan, bibər, balqabaq və digər tərəvəzlərin idxal olunmasına icazə verəcək. Məlumata görə, qurum Türkiyədən balqabaqkimilər fəsiləsindən olan digər tərəvəzlərin idxalına qoyulan qadağanın aradan qaldırılmasına qərar verib.
Moskva Dövlət Universitetinin binasında tüstülənmə
Rusiya paytaxtında Moskva Dövlət Universitetinin Hüquq fakültəsinin binasında tüstülənmə olub. Tüstülənmə fakültənin 13 saylı korpusunun ikinci mərtəbəsində qeydə alınıb.
SON DƏQİQƏ: Ermənistandan kritik Türkiyə qərarı
Ermənsitan 9 il öncə Türkiyə ilə imzalanan sənədlərə xitam verib. Bu barədə Ermənistan prezidenti Sarkisyan təşkil edilən Milli Təhlükəsizlik İclasında danışıb.
Ərli qadının "seks fantaziyası" sevgilisini xəstəxanalıq etdi
Samsunda evli və 1 uşaq anası olan gənc qadın fəhlə işləyən sevgilisini bağlayıb, öncə kəmərlə boğazını sıxıb, sonra ağacla döyüb. Döyülən 3 uşaq atası E.A.(37) xəstəxanaya çatdırılıb. E.A. ilk tibbi müdaxilədən sonra həyati təhlükəsi olduğu üçün başqa bir xəstəxanaya köçürülüb.




.jpg)









