Sarkisyan Ermənistan-Türkiyə protokollarını ləğv etdi

Ermənistan prezidenti Serj Sarkisyan Milli Təhlükəsizlik Şurasının iclasında Ermənistan-Türkiyə protokollarının denonsasiyası barədə məlumat verib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Erkir Media telekanalına Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyan deyib.

"Ermənistan prezidentinin iqamətgahında keçirilən Milli Təhlükəsizlik Şurasının iclası zamanı Serj Sarkisyan Ermənistan-Türkiyə protokollarının ləğvi barədə bəyan verdi", - Akopyan deyib.

Xatırladaq ki, Ermənistan və Türkiyə XİN başçıları 2009-cu ilin oktyabrın 10-da "Diplomatik Əlaqələrin Qurulması Protokolu" və "İkitərəfli münasibətlərin inkişafı Protokolu"nu imzalayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31