Dünya
Putinin ABŞ-a təhdidləri boş sözlərdir - Pompeo
Rusiya Prezidenti Vladimir Putinin Yaxın və orta mənzilli raketlər razılaşmasının ləğvinin ABŞ üçün nəticələri barədə növbəti təhdidləri boş sözlərdir.
Paşinyanın ofisi yanır
Ermənistan hökumətinin binasında yanğın baş verib. Bu məlumatı Ermənistan Fövqəladə Hallar Nazirliyi yayıb. Yanğınla bağlı məlumatın FHN-ə 09:03-də daxil olduğu qeyd edilib.
4 minə yaxın insan öldürüldü
Ötən il ərzində Əfqanıstanda münaqişə nəticəsində həlak olan mülki şəxslərin sayı 3,8 min nəfəri ötüb. BMT-nin Əfqanıstana yardım missiyasının məlumatına görə, bu, son 10 ildə ən yüksək göstəricidir. Missiyanın hesabatında bildirilir ki, ötən il 3804 dinc sakin, o cümlədən 927 uşaq münaqişə qurbanı olub. Daha 7189 mülki şəxs yaralanıb. Beləliklə, həlak olanların və zərərçəkənlərin sayı bir il əvvələ nisbətən 5 faiz artıb.
91-ci “Oskar” mükafatlarının sahibləri məlum oldu - FOTOLAR
91-ci “Oskar” mükafatları sahiblərinə verilib. İlk dəfə aparıcısız baş tutan tədbirdə “İlin ən yaxşı filmi” ünvanını “Yaşıl kitab” qazanıb. “Ən yaxşı rejissor” “Roma” filminə görə Alfonso Suaron, “Ən yaxşı qadın aktrisa” “Sevimli” filmindəki roluna görə Olivia Kolman, “Ən yaxşı kişi aktyor” isə “Bohemian Rhapsody” filminə görə Rami Malek seçilib.














