Rusiyada sərnişinlərin təyyarəyə minmək qaydası dəyişdi

Rusiya Federasiyasında sərnişinlərin təyyarəyə minmək qaydası dəyişib.

Nəqliyyat Nazirliyinin fevralın 24-dən qüvvəyə minən yeni qərarına görə, hava limanları sərnişinləri təyyarələrə elektron uçuş talonu ilə buraxa bilər.

Bildirilir ki, indi sərnişin sərbəst onlayn - qeydiyyat zamanı xüsusi talon alacaq və həmin talon ilə hava limanının steril zonasına keçə biləcək.

Məlumata görə, aviaşirkətlər yeniliklər barədə sərnişinləri məlumatlandırmalıdırlar.(Report)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31