ABŞ-dan növbəti sanksiya

ABŞ Konqo Demokratik Respublikasının (KDR) bəzi rəsmilərinə "seçkiləri saxtalaşdırdığını və insan haqlarını pozduğu"nu əsas gətirərək sanksiya tətbiq edib.

ABŞ Dövlət Departamenti bununla əlaqədar bəyanat yayıb.

Bəyanatda ABŞ-ın ölkədə dəyişiklik məsələsində KDR xalqının yanında olduğu bildirilir. Həmçinin xalqın seçkilərdə dəyişiklik iradəsi və hesabatlı, şəffaf dövlət qurmaq arzusuna dəstək ifadə edilir.

Bununla belə, seçki müddətində və şəffaflığın qorunması mövzusunda ABŞ-ın narahatlığı dilə gətirilir, prezident seçkiləri müddətində rüşvətə bulaşdıqları səbəbindən bir çox KDR-in dövlət rəsmilərinə ABŞ-a daxil olmaq qadağan edilir.

onn

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31