Ermənilər Tumanyanın adından “xaltura” edirlər

Fevralın 19-da erməni şairi Ovanes Tumanyanın 150 illik yubileyi Dağlıq Qarabağda da qeyd edilib. Bu, O.Tumanyanın son 30 ildə ilk dəfə Dağlıq Qarabağda təbliğ olunması hadisəsi kimi tarixə düşüb.

Maraqlıdır ki, Ermənistanın baş naziri Nikol Paşinyanla Qarabağ klanının rəhbərləri arasındakı soyuqluq və onun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sərgilədiyi mövqe Tumanyan kimi azərbaycanlılara qarşı humanist bir insanın təbliğinə maneəçilik törətməyib.

Siyasi şərhçi Qabil Hüeseynliyə görə, bu addım Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı humanist və yumşaq mövqe sərgiləməsi kimi dəyərləndirilə bilməz:

"Ovanes Tumanyan inqilabi-demokratik nəslin nümayəndələrindən hesab olunur. Onun adı gürcü Cavaxişvili, azərbaycanlı Mirzə Fətəli Axundzadə ilə bir sırada çəkilir. Tumanyan sözün əsl mənasında, qərbdə geniş yayılmış humanizm cərəyanının təmsilçisi kimi çıxış edirdi. Əsərlərində də humanizm ideyalarını geniş təbliğ edirdi.

publika

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31