Bu ölkədə qohumların nikahı qadağan olunur

Özbəkistanda yaxın qohumlar arasında nikah bağlanması qadağan edilə bilər.

Səhiyyə Nazirliyi ölkənin Ali Kodeksinə dəyişiklik etmək haqqında qanun layihəsini müzakirəyə çıxarıb. Qanun layihəsinin 16-cı maddəsinə dəyişiklik nəzərdə tutulur.

Dəyişikliyə əsasən qardaş və bacıların övladlarının evlənməsi qadağan olunur.

Müzakirələr martın 9-dək davam edəcək.

Xatırladaq ki, Özbəkistanda nikah yaşı kişilər üçün 18, qadınlar üçün isə 17 yaş müəyyən edilib.

teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31