Şou-biznes Nikolun deputatları ilə birgə narkotiki leqallaşdırır

Ermənistan şou-biznesinin nümayəndələri marixuananın leqalizasiyası üçün hansısa addımlar atmaq istəyirlər.

Bu barədə "Jamanak" qəzeti məlumat yayıb.

"Şou-biznesin bəzi nümayəndələri parlamentdəki hakim və müxalifət partiyalarının deputatları ilə görüşürlər. Bununla şou-biznes nümayəndələri parlamentdə marixuananın leqallaşdırılması barədə qanun layihəsinin müzakirə olunmasına çalışırlar. Bizim məlumatımıza görə, Mənim Addımım Blokunun deputatlarının çoxu bu qanunun qəbulunu dəstəkləyir. İlkin təəssürata görə, marixuananın leqallaşdırılmasına İşıqlı Ermənistan fraksiyası qarşı çıxır. Şou biznes nümayəndələri Çiçəklənən Ermənistan Partiyasına hələlik müraciət etməyiblər. İddialara görə, bu partiya da marixuananın leqallaşdırılmasına qarşı çıxır", - məqalədə bildirilib.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31