Saxta içkidən ölənlərin sayı 150-yə çatdı

Hindistanın şimal-şərqində saxta içkidən həyatını itirənlərin sayı 150-yə çatıb. Olaylar.az bildirir ki, Assam əyalətinə bağlı Golaghat və Jorhat bölgələrində saxta içkidən 66 adam ölüb. Hökumət rəsmisi Julie Sonowal, həyatını itirənlərdən çoxunun çay tarlalarında çalışan işçilər olduğunu, saxta içki istehsalından məsul tutulan 9 şübhəli nəzarətə alındığını açıqlamışdı. Qeyd edək ki, Hindistanın Uttar Pradeş və Uttarakhand əyalətlərində də bu ay saxta içkidən 99 nəfər həyatını itirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31