Ukraynalı deputatın 32 min dollarlıq saatı oğurlandı - FOTO

Ukraynalı deputatın 32 min dollarlıq saatı oğurlandı - FOTO

Ukraynanın Kiyev şəhərində şəhər şurasının deputatı Georgi Yasinskininin saatı oğurlanıb.

Olaylar.az  xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, cibgirlər "Həmrəylik" partiyasının təmsilçisi G.Yasinskinin "Breguet" markalı saatını oğurlayıblar. Oğurlanan saatın 32 min dollar dəyərində qiyməti olduğu bildirilib.

Ölkədə oğurluq faktı ilə cinayət işi başlanıb.

Yeniavaz.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31