“Məcbur olduq” - Türkiyəyə erkən seçki şoku
“Məcbur olduq” - Türkiyəyə erkən seçki şoku
23 Sentyabr 2019 14:08 Dünya"Türkiyə hakimiyyəti erkən parlament seçkilərinə getmək məcburiyyətində qalacaq".
Olaylar.az xəbər verir ki, bunu Türkiyənin müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) başqanı Kamal Kılıçdaroğlu deyib.
Partiya başqanı Prezident Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi hökumətin çətin durumla üzləşdiyini iddia edib:
"Mən erkən seçkinin tərəfdarı deyiləm, bunu dəfələrlə demişəm, indi də belə bir tələb irəli sürməyəcəyik. Çünki erkən seçkinin doğru qərar olduğunu düşünmürük. Lakin ölkənin mövcud iqtisadi vəziyyətinə baxanda aydın olur ki, iqtidar bir müddət sonra Türkiyəni idarə edə bilmədiyini etiraf edəcək.
Dolayı yolla, "Biz idarə edə bilmirik, seçkiyə getmək məcburiyyətindəyik", deyəcəklər".
teleqraf.com