Sevgilisinə su altında evlilik təklif edərkən boğulub öldü

ABŞ sakini sevgilisinə evlilik təklif edərkən boğulub, ölüb.

Olaylar.az Lenta.ru-ya istinadən xəbər verir ki, hadisə Tanzaniyada baş verir.

ABŞ-ın Luizana ştatının sakini olan Stiven Veber birlikdə tətildə olduğu sevgilisinə məhəbbətini nümayiş etdirmək qərarına gəlib. Bunun üçün o, qeyri-adi evlilik təklifi etməyi fikirləşib.

"Facebook"da yayılmış görüntülərdə onun üzündəki maska ilə müəyyən dərinlikdə sevgilisinə üzük təklif etdiyi görünür.

Bununla belə, onun hansı anda boğulduğu görüntülənməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31