Trudeunun daha bir şok fotosu yayıldı - FOTO
Trudeunun daha bir şok fotosu yayıldı - FOTO
20 Sentyabr 2019 17:25 DünyaKanadanın baş naziri Castin Trudeunun seçkilərdən əvvəl ortaya çıxan fotoları mübahisələrə səbəb olub.
Olaylar.az xəbər verir ki, Trudenunun üzünün qara rəngə boyanmış halda mahnı oxuyarkən çəkilən şəkli yayılıb. İrqçilikdə günahlandırılan baş nazirin seçkilər qabağı bu cür hücumlara məruz qalması bir mənalı qarşılanmayıb. Qeyd edək ki, Trudeunun dünən yayılan fotosu da tənqidlərə məruz qalmışdı. 2001-ci ildə məktəbdə keçirilən teatrda Ələddini canlandırarkən üzünü qara rəngə boyadığı foto barədə baş nazir açıqlama edərək ictimaiyyətdən üzr istəmişdi. Rəqibləri isə onun Kanadanı idarə etmək üçün layiqli insan olmadığını söyləmişdi.

Yeniavaz.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31