Təyyarədə sifonu iki dəfə çəkdi deyə uçuş təxirə salındı
Təyyarədə sifonu iki dəfə çəkdi deyə uçuş təxirə salındı
20 Sentyabr 2019 17:17 DünyaABŞ-da Alabamadan Dallasa getmək istəyən iki müsəlman qeyri-adi hadisə ilə rastlaşıb.
Abdurrauf və İssam adlı iki müsəlman ABŞ-da mindikləri təyyarənin uçuşunda bir neçə dəqiqəlik gecikmənin olduğunu öyrəniblər. Bunu eşidən İssam tualetə getmək qərarına gəlib. O, tualetdən çıxarkən kabina rəisi ilə üz-üzə gəlir. Bir neçə dəqiqə sonra isə uçuşun ləğv edildiyini və sərnişinlərdən təyyarəni tərk etmələri istənir. Daha sonra bir neçə polis məmuru ilə FTB işçiləri gələrək Abdurrauf və İssamı sorğuya alıblar. Hər ikisi bunu eşidən kimi şoka düşürlər. Onların çantaları yenidən yoxlanır ancaq onlar hələ də nə olduğunu anlamırlar. Axırda FTB əməkdaşı gələrək kabinə rəisinin İssamın tualetdə sifonu iki dəfə çəkdiyi üçün şübhələndiyini və onlara xəbər verdiyini söyləyib. Təyyarənin kabina rəisinin qəribə şübhəsindən sonra Abdurrauf və İssam onu məhkəməyə verəcəklərini bildiriblər.
Yeniavaz.com