Bu Avropa ölkəsində 3 tondan çox narkotik aşkarlandı

Bu Avropa ölkəsində 3 tondan çox narkotik aşkarlandı

Latviya Gömrük Xidməti dərman preparatlarının hazırlanmasında istifadə olunan üç tondan çox narkotik vasitənin qanunsuz saxlandığı yerləri aşkarlayıb.

Olaylar.az  Azərtac-a istinadən xəbər verir ki, keçirilən yoxlamalar zamanı Riqa və Salaspils şəhərlərindəki bir neçə evdə və anbarda ümumi çəkisi 3,3 ton olan amfetamin və metamfetamin maddələri tapılıb. Xidmətdən bildirilib ki, həmin maddələrin qara bazarda dəyəri 9 milyon avrodur.

Hadisə ilə əlaqədar üç nəfər saxlanılıb.

Bu hadisə Latviya tarixində narkotiklərə qarşı ən böyük əməliyyatlardan biridir. Bu ilin yanvarında ölkədəki fermaların birində Ekvadordan gətirilmiş də 2 tona yaxın kokain, may ayında isə reyd zamanı 400 kiloqram müxtəlif narkotik vasitə aşkarlanmışdı.

Adnan Oktar məhkəmədə qadınlara “susun” işarəsi verdi və alqışlandı...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31