Feysbukun qurucusu qapalı görüşdə - Müəmmalı gəlişmə

Feysbukun qurucusu qapalı görüşdə - Müəmmalı gəlişmə

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Feysbuk şirkətinin direktoru Mark Zekerberqlə görüşüb.

Olaylar.az  xəbər verir ki, bu barədə Tramp Tvitter hesabında yazıb.

O, sosial şəbəkdəki paylaşımında Mark Zükerberqlə Oval ofisdə səmimi bir görüş keçirdiyini bildirib.

Feysbukun qurucusu bundan bir gün əvvəl ABŞ Konqresində qapalı görüş keçirmişdi.

ABŞ Nümayəndələr Palatasının Hüquq Komitəsi "Anti-trest istintaqı" çərçivəsində ABŞ-ın dörd ən böyük texnoloji şirkətinin rəhbərləri arasında rabitə və yazışmaya dair sənədləri istəmişdi. Bunlar Facebook, Google, Apple və Amazondur.

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31