ABŞ “erməni soyqırımı”nı tanınmağa çağırıldı – Baydendən qərəzli məktub

ABŞ “erməni soyqırımı”nı tanınmağa çağırıldı – Baydendən qərəzli məktub

ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden Amerikada fəaliyyət göstərən erməni diaspora təşkilatı "Hay Dat ABŞ" Komitəsinə (ANCA) məktub göndərib.

Olaylar.az xəbər verir ki, amerikalı diplomat məktubda Birləşmiş Ştatların qondarma erməni soyqırımı ilə bağlı mövqeyini birdəfəlik təsdiq etməli olduğunu bildirib.

Ermənipərəst mövqeyi ilə seçilən Co Bayden məktubda yazır:

"Birləşmiş Ştatlar bir daha erməni soyqırımı ilə bağlı mövqeyini bildirməlidir. 1.5 milyon erməni kişisinin, qadınının və uşağının ölümünə, 2 milyon erməninin kütləvi şəkildə evlərindən didərgin düşməsinə səbəb olan dəhşətli həqiqəti heç vaxt unutmamalı və susmamalıyıq. Soyqırım faktını xatırlamamaq və tanımamaq gələcəkdə kütləvi vəhşiliklər üçün yeni yollar açır".

ABŞ-dakı erməni diasporuna yaxınlığı ilə seçilən keçmiş vitse-prezident və senator Co Bayden həmişə əsassız erməni iddialarına haqq qazandırıb.

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31