6 qadın və 1 kişi insanların gözü qarşısında şallaqlandı - Səbəb

6 qadın və 1 kişi insanların gözü qarşısında şallaqlandı - Səbəb

İndoneziyada daha 7 nəfər kütlənin gözü qarşısında şallaqlanıb.

Olaylar.az  xəbər verir ki, hadisə İndoneziyanın Aceh vilayətinin Bande Aceh şəhərindəki məscidin qarşısında baş verib.

Onlar evlənmədən bir-biri ilə cinsi əlaqədə olduqlarına görə şallaqlanıblar. Şallaqlananlardan 6-sı qadın, 1-i isə kişi olub. Onların hər birinə 20 şallaq vurulub.

Onlarla insan mərkəzi meydana yığışaraq cütlüyün cəzalandırıldığı anları mobil telefonla kameraya çəkiblər.

Qeyd edək ki, İndoneziyanın bu şəhərində 2005-ci ildən yüzlərlə insan şallaqlanıb. Burada ailə qurmadan qucaqlaşan, səmimi anlar yaşayan və cinsi əlaqədə olan cütlüklər sərt şəkildə cəzalandırılırlar.

milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31