Qısqandığı üçün sevdiyi qızı suda boğdu - VİDEO

Qısqandığı üçün sevdiyi qızı suda boğdu - VİDEO

Dominikanda bədbəxt hadisə baş verib.

16 yaşlı oğlan qısqandığı üçün sevgilisini hovuzda boğub.

Belə ki, həftəsonu hovuza gedən sevgililər arasında mübahisə olub. 15 yaşlı Nairobi Montesi sevdiyi oğlan dəfələrlə hovuza atıb. Qıza hovuzdan çıxmağa imkan verməyən oğlan sonda onun üzərinə atılaraq onu suyun altında saxlayıb.

Nəticədə, qız suda boğulub. Ətrafdakıların köməyilə N.Montesin cansız bədəni hovuzdan çıxarılıb.

Hovuzun təhlükəsizlik kamerasında əks olunan görüntüləri polis araşdırır.

Qeyd edək ki, adı gizli saxlanılan oğlan dəfn mərasiminə üzərində qızın şəkli əks olunmuş köynəklə qatılıb.

oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31