Kəşmirdə məscidlər Hindistan hökuməti tərəfindən qapadılır

Kəşmirdə məscidlər Hindistan hökuməti tərəfindən qapadılır

Hindistan hökuməti Cammu və Kəşmir bölgələrində müsəlmanlara qarşı qeyri-insani rəftarlara davam edir.

Bu barədə bölgədəki hüquq müdafiəçiləri məlumat veriblər.

Bildirilir ki, bölgədəki məscidlər Hindistan hökuməti tərəfindən qapadılır və basqınlara məruz qalır.

Vurğulanır ki, Hindistan təhlükəsizlik qüvvələri Qurban bayramından bu günə qədər Camiə məscidini və ən qədim Həzrətabal ziyarətgahını insanların üzünə bağlayıb.

Qeyd olunur ki, bu addım insan haqlarına və söz azadlığına qarşı yönələn ən bariz addımdır.

Eastnews.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31