Keçmiş sevgilisini qısqandırmaq istəyən qadın həbs olundu - FOTO
Keçmiş sevgilisini qısqandırmaq istəyən qadın həbs olundu - FOTO
19 Sentyabr 2019 13:53 DünyaKeçmiş sevgilisini qısqandırmaq istəyən qadın həbs olunub.
Olaylar.az xəbər verir ki, 30 yaşlı qadın doğum şəhadətnaməsində uşağın atasının adını səhv yazdırdığına görə azadlıqdan məhrum edilib.
İngiltərədə yaşayan Louise Boyce keçmiş sevgilisini qısqandırmaq üçün ondan olan övladının doğum şəhadətnaməsində ata adı yerinə yeni sevgilisinin adını yazdırıb.
Hakim qarşısına çıxan Louise səhvini etiraf edib. O, məqsədinin keçmiş sevgilisini qısqandırmaq olduğunu söyləyib.
O və yeni sevgilisi məhkəmənin qərarı ilə 8 ay müddətinə azadlıqdan məhrum edilib.
milli.az




Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31