Yunanıstan hökuməti ölkəyə sərmayə yatıranlara vətəndaşlıq vermək niyyətindədir

Yunanıstan hökuməti ölkəyə sərmayə yatıranlara vətəndaşlıq vermək niyyətindədir

Yunanıstan hökuməti ölkəyə sərmayə yatıranlara, daşınmaz əmlak alanlara vətəndaşlıq vermək niyyətindədir.

Olaylar.az  xəbər verir ki, bu fürsətdən istifadə etmək üçün sərmayənin miqdarı ən azı 2 milyon avro olmalıdır. Bununla yanaşı hər il yalnız 200 vətəndaşlıq veriləcək. Hazırda Yunanıstanda Avropa İttifaqı ölkələrindən olmayan vətəndaşlar 5 illik yaşayış icazəsi ala bilərlər. Bunun üçün həmin şəxs 250 min avro dəyərində daşınmaz əmlak almalıdır.

Qeyd edək ki, bu kimi qaydalar Avstriya, Kipr, Malta və digər ölkələrdə də mövcuddur. Avropa İttifaqının bəzi ölkələri vətəndaşlığın belə verilməsini tənqid etməsinə baxmayaraq ölkələr sərmayəçiləri cəlb etmək üçün müxtəlif üsüllara əl atırlar.

sia.az

Krım administrasiyasında bütün rəhbərlər istefa verdilər

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31