Kanada baş nazirinin şok FOTOSU yayıldı -Üzr istəyirəm bunu etməli deyildim

Kanada baş nazirinin şok FOTOSU yayıldı-Üzr istəyirəm bunu etməli deyildim

Kanada baş naziri Castin Trudeu 2001-ci ildə müəllim işləyərkən çəkdirdiyi şəkilə görə irqçilikdə günahlandırılır.
Olaylar.az xəbər verir ki, Trudeu 2001-ci ildə müəllim kimi fəaliyyət göstərdiyi məktəbdə "min bir gecə" adlı tədbirə görə, üzünü qara rəngə boyatmış şəkili ortaya çıxıb. Baş nazirin həmin vaxt nağıl qəhrəmanlarından biri Ələddini canlandırdığını öyrənilib. Şəkli görən Trudeu həmiun dövrdə belə hərəkətin irqçiliklə əlaqəsinin olmadığını ancaq indi hadisəyə fərqli baxıldığını deyib: "Mən bunu etməli deyildim, hamıdan üzr istəyirəm". Baş nazirin ciddi rəqiblərindən sayılan Andreu Şier şəkli görəndə məyus olduğunu söyləyib:"Bütün kanadalılar kimi mən də xəyal qırıqlığına uğradım. Üzünü boyamaq, təqlid və irqçilikdir. Kanadalılar da gördü ki o, ölkəni idarə etməyə layiq olmayan biridir".

yeniavaz.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31