Bu aviaşirkətin 1500 reysi ləğv edildi
Bu aviaşirkətin 1500 reysi ləğv edildi
19 Sentyabr 2019 10:29 DünyaBritaniya Hava Yolları ("British Airways") şirkətinin pilotları sentyabrın 27-nə təyin edilmiş 3-cü tətili dayandırdıqlarını açıqlayıblar.
Olaylar.az xəbər verir ki, ötən həftə keçirilən iki günlük tətil aviaşirkəti demək olar ki, bütün uçuşlarını ləğv etməyə məcbur edib.
"Balpa" adlanan pilotlar birliyindən verilən məlumata görə, sentyabrın 9 və 10-da edilən tətillər pilotların qəzəbini və qətiyyətini yetərincə göstərib. Birlik mübahisəyə son qoymaq üçün Britaniya Hava Yollarının yanaşmasını dəyişəcəyini və ciddi şəkildə danışıqlar aparacağına ümid etdiyini söyləyib.
Qeyd edək ki, aviaşirkət pilotların tətili səbəbindən 1500 reysi ləğv edib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31