İldırım 17 nəfəri öldürdü
İldırım 17 nəfəri öldürdü
19 Sentyabr 2019 10:28 DünyaHindistanın Bihar ştatında ildırım vurması nəticəsində azı 17 nəfər həlak olub.
Olaylar.az xəbər verir ki, ölüm halları bir sutka ərzində ştatın müxtəlif ərazilərində qeydə alınıb.
Bihar ştatında leysan yağışlar davam edir. Yağıntılar nəticəsində Qanq çayının səviyyəsi normadan xeyli yüksəlib.
Sahil zonalarda yaşayan sakinlərə xəbərdarlıq edilib. Bəzi yerlərdə daşqınlar da qeydə alınıb.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31