Səudiyyənin zavodlarının vurulması bu ölkəyə də təsir etdi
Səudiyyənin zavodlarının vurulması bu ölkəyə də təsir etdi
18 Sentyabr 2019 18:08 DünyaSəudiyyə Ərəbistanında neft emalı zavodlarına hücumdan sonra birjalarda xam neftin qiymətinin yüksəlməsi Çində yanacağın pərakəndə satış qiymətinin bahalaşmasına səbəb olub.
Olaylar.az xəbər verir ki, Çin Milli İnkişaf və İslahat Komissiyasının qərarına əsasən, benzinin və dizel yanacağının hər tonunun qiyməti 125 yuan (18 ABŞ dolları) artırılıb. Komissiya ölkənin iri neft şirkətlərindən yanacağın satış qiymətlərinin yeni qərara uyğunlaşdırılmasını xahiş edib.
Qeyd edək ki, Çin dünyada ən böyük xam neft alıcılarından biridir. Ötən ay Çinin xam neft idxalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,9 faiz artaraq 42,17 milyon tona çatıb.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31