Avtomobil “Trump Plaza”ya girdi: xəsarət alan var – FOTO
Avtomobil “Trump Plaza”ya girdi: xəsarət alan var – FOTO
18 Sentyabr 2019 17:46 DünyaNyu York ştatında Nyu Roşşel şəhərində naməlum şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomobil "Trump Plaza" qülləsinə girib.
Hadisə zamanı 1 nəfər xəsarət alıb. Xəsarət alan şəxsin isə otelin vestibülündə dayanan işçi olduğu bildirilir. Avtomobili idarə edən şəxsin isə hansı xəsarət alması məlum deyil, belə ki, o, hadisə yerini dərhal tərk edib.
Polis hadisənin qəsdən törədilməsi faktını istisna edib, hadisəni adi qəza kimi qiymətləndirib. Bununla belə, qəza ilə bağlı araşdırma başlayıb.
trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
