Pişiyi binadan atan Moskva sakini barəsində cinayət işi başlanıb

Pişiyi binadan atan Moskva sakini barəsində cinayət işi başlanıb

Rusiyanın paytaxtı Moskvada pişiyi binanın 4-cü mərtəbəsindən yerə atan 36 yaşlı qadın barəsində cinayət işi başlanıb.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Moskva şəhəri üzrə Baş İdarəsi məlumat yayıb.

Məlumatda bildirilib ki, qadını 3 ilə qədər həbs cəzası gözləyir.

Qeyd olunub ki, polis şöbəsinə paytaxtın Yermolaevski küçəsində yerləşən yaşayış binasının 4-cü mərtəbəsindən bir qadın tərəfindən yerə pişiyin atıldığı barədə məlumat daxil olub. Veterinar klinikadan verilən məlumata əsasən, pişik ağır xəsarət alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31