Amerikalı senator uşaq pornosu ilə yaxalandı

Amerikalı senator uşaq pornosu ilə yaxalandı

ABŞ-ın Pensilvaniya ştatının Baş Prokurorluğu bəyan edib ki, senator Mayk Folmerdə uşaq pornoqrafiyası aşkarlanıb.

Olaylar.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb. 

Hüquq-mühafizə orqanları 64 yaşlı Respublikaçılar Partiyasının üzvünün evində etdiyi axtarış zamanı mobil telefonunda uşaq pornoqrafiyası və azyaşlılara qarşı zorkalığın əlamətlərini əks etdirən görüntülər tapıb. 

Amerikalı senator Mayk Folmer barəsində istintaq "Tumblr" mikrobloquna uşaq pornoqrafiyası ilə bağlı görüntülərin yerləşdirilməsindən sonra başladılıb. 
 

BAKU.WS

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31