Tailand ölkədəki bütün müsəlman tələbələri potensial terrorçu hesab edir
Tailand ölkədəki bütün müsəlman tələbələri potensial terrorçu hesab edir
18 Sentyabr 2019 14:16 DünyaTailand Baş naziri Prayuz Çan-oça polisin ölkə miqyasında universitetlərdən müsəlman tələbələrlə bağlı şəxsi məlumat tələb etməsinin lazımlı olduğunu müdafiə edib.
Təhlükəsizlik orqanlarının universitet idarələrindən öz ali məktəblərindəki müsəlman tələbələr haqqında məlumat tələb etməsi, ayrı-seçkilik və qeyri-qanuni hesab edilərək insan haqları təşkilatları və beynəlxalq ictimaiyyət tərəfindən sərt tənqidlərə səbəb olmuşdu.
Ancaq Baş nazir Çan-oça ölkədə avqust ayında baş verən hücumların ardınca ittiham edilən şübhəlilərin müsəlman olması səbəbilə gələn polisin şəxsi məlumat tələbinin milli təhlükəsizlik bazası yaratmaq üçün lazımlı olduğunu müdafiə edib.
Polisin universitetlərə göndərdiyi sənəd Tailand Milli İnsan Hüquqları Komissiyasının müsəlman olan sabiq üzvü Anqxana Neelapaycit tərəfindən sosial şəbəkədə paylaşılıb.
Sənəddə ali məktəb rəhbərliklərindən məktəblərindəki neçə müsəlman tələbə olduğu, tələbələrin doğulduqları yer, məzhəbləri, dini qrup əlaqələri və müsəlman tələbə təşkilatları haqqında digər məlumatlar verilir.
"Bu, şəxsi hüquqlara müdaxilə və dinə əsaslanan ayrı-seçkilikdir", - deyən Anqxana din azadlığı və məxfilik hüququnun Tailand Konstitusiyası tərəfindən təminat altına alındığını söyləyib.
Tailand əhalisinin 90 %-i buddist inancına mənsub insanlardan ibarətdir. Müsəlman azlıq isə əsasən ölkənin cənubunda, Malayziya sərhədindəki üç vilayətdə yaşayır.
Həmçinin sözügedən addımın zəruri olduğunu qeyd edən Baş nazir Prayuz "Polis daha əvvəl də bu şeyin kəşfiyyat məlumat bazası yaratmaq üçün edildiyini bildirib. Buna görə də heç bir hüquqi pozuntu edilməyib. Məlumat bazamız olmasa, heç bir şeyi idarə edə bilmərik", sözləri ilə polisin şəxsi məlumat tələbini müdafiə edib.
Mənbə: Reuters Oxunub: 10 dəfə; Tarix: 2019-09-18 13:52Yaxın Şərq və Dünya xəbərlərini Eastnews.org-un facebook səhifəsindən izləyə bilərsiniz. Sosial səhifələrdə paylaş Xəbərlərdən istifadə zamanı EastNews.org saytına istinad vacibdir.
EASTNEWS.ORG