İran 3 avstraliyalının həbs olunduğunu təsdiqlədi

İran 3 avstraliyalının həbs olunduğunu təsdiqlədi

İran Məhkəmə Şurasının rəsmisi Qulam Hüseyn İsmaili biri casusluq ittihamı olmaqla 3 Avstraliya vətəndaşının həbs olunduğunu təsdiqləyib.

Bu barədə İran dövlət televiziyası xəbər verib.
Xəbərə görə, İsmaili paytaxt Tehranda keçirdiyi mətbuat konfransında ikisi Avstraliya-Britaniya, digəri yalnız Avstraliya vətəndaşı olan 3 nəfərin İranda həbs olunduğu xəbərlərinə dair sualı cavablandırıb.

İsmaili açıqlaması zamanı həmin şəxslərin hərbi bölgələrin görüntülərinin çəkilməsi və casusluq fəaliyyətlərindən dolayı yaxalandıqlarını diqqətə çatdırıb.

Eastnews.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31