Adi öskürəklə həkimə getdi, əl-ayağını kəsdilər – Dəhşətli diaqnoz

Adi öskürəklə həkimə getdi, əl-ayağını kəsdilər – Dəhşətli diaqnoz

Tibb bacısı olan 43 yaşlı qadın 1 ay ağır öskürəkdən əziyyət çəkir və nəhayət, xəstəxanaya gedir. Həkimlər ona pnevmoniya və sepsis diaqnozu qoyur.

Artıq çox gecikdiyindən müalicələr effekt vermədi və qadının daxili orqanları hissə-hissə sıradan çıxmağa başlayırdı.

Olaylar.az xəbər verir ki, Britaniyanın Cənubi Uels sakini sepsisdən 9 həftəlik komaya düşür. Bu ərəfədə onun təzyiqi o qədər aşağı düşür ki, qol və ayaqlarına qan işləmir. Həkimlər məcbur qalıb əl-ayaqlarını amputasiya edirlər.

Komadan çıxdıqdan sonra əl-ayağının kəsildiyini görən qadın bir müddət ağır depressiyaya düşür.

"Mən elə bilirdim ki, bu adi öskürəkdir, ona görə səs-küy salmadım, bilsəydim, başıma bunlar gələcək, tez həkimə gedərdim".

İndi səhhəti özünə gələn qadın üçün ən müasir protez alınması üçün pul yığımına başlanılıb və ona yaxınları dəstəkdir.

MEDİCİNA.AZ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31