Qırğızıstan-Tacikistan sərhədində atışma: 1 ölü, 13 yaralı
Qırğızıstan-Tacikistan sərhədində atışma: 1 ölü, 13 yaralı
17 Sentyabr 2019 16:42 DünyaSentyabrın 16-da Qırğızıstan-Tacikistan sərhədində silahlı insident yaşanıb.
Atışma zamanı Qırğızıstanın 1 sərhədçisi həlak olub, 2-sinin vəziyyəti ağır olmaqla, 13-ü isə yaralanıb.
Qırğızıstan Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 17-də Qırğızıstan-Tacikistan sərhəddində vəziyyət sabitləşib.
Qeyd olunur ki, bu gün iki ölkənin sərhəd qoşunlarının rəhbərliyi bir araya gələrək, gərginliyi aradan qaldırmağın yollarını müzakirə edəcəklər.
yenicag.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31