ABŞ-da internatda partlayış – Ölən və yaralananlar var

ABŞ-da internatda partlayış – Ölən və yaralananlar var

ABŞ-ın Men ştatının Farminqton şəhərində internat binasında qaz partlayışı olub.

Bir nəfər yanğınsöndürən ölüb, 7 nəfər yaralanıb. Yaralananlar yanğınsöndürənlər və təcili yardım işçiləridir. Partlayışa səbəb propan qazının sızması olub.

Şəhərin qubernatoru Canet Millz partlayışın nəticələri aradan qaldırılanadək insanları partlayış zonasından uzaqlaşmağa çağırıb.

qafqazinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31