Prezidentin mitinqində dəhşətli partlayış baş verdi- DÜNYA ŞOKDA
Prezidentin mitinqində dəhşətli partlayış baş verdi- DÜNYA ŞOKDA
17 Sentyabr 2019 12:58 DünyaƏfqanıstan prezidenti Əşrəf Qaninin qatıldığı mitinqə bombalı hücum təşkil olunub.
Olaylar.az xəbər verir ki,səlahiyyətli şəxslər hücumun Pərvan əyalətinin Cəngəl Bağ bölgəsində mitinq üçün toplaşan qələbəliyin arasında gerçəkləşdiyini bildirib.
"Tolo News" kanalının ilkin məlumatına görə, hücum zamanı 24 nəfər həlak olub, 31 yaralı var.
Prezident Əşrəf Qaninin mitinq məkanında olub-olmadığına dair açıqlama verilməyib.
Hücumun məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib.
Qeyd edək ki, Əfqanıstanda 28 sentyabrda prezident seçkiləri keçiriləcək.
publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31