Milli Bankın keçmiş rəhbərinin evi yandırıldı
Milli Bankın keçmiş rəhbərinin evi yandırıldı
17 Sentyabr 2019 11:22 DünyaKiyev yaxınlığında naməlum şəxslər Ukrayna Milli Bankının keçmiş rəhbəri Valeriya Qontarevanın evini yandırıblar.
Olaylar.az xəbər verir ki, bu məlumatı "Novoye vremya" qəzeti yayıb.
Məlumata görə, içərisində yandırıcı maddə olan butulkanın Qontarevanın evinə atılmasından sonra Milli Bankın keçmiş rəhbərinin evi yanmağa başlayıb. Yanğınsöndürənlərin evdə başlayan yanğını söndürə bilmədikləri vurğulanıb.

Qeyd edək ki, Qontareva hazırda Londonda yaşayır. Son zamanlar ona qarşı planlı hücumlar həyata keçirilir. Belə ki, avqustun sonunda onu piyada keçidində avtomobil vurub, bundan az sonra isə onun gəlininin avtomobili yandırılıb.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31