Alkoqolizmlə mübarizədə yeni mərhələ: Daha bir qadağa gəlir
Alkoqolizmlə mübarizədə yeni mərhələ: Daha bir qadağa gəlir
17 Sentyabr 2019 10:50 DünyaDövlət Dumasının yaşayış binalarında yerləşən və 20 kvadrat metrdən az sahəsi olan bar və kafe salonlarında alkoqollu içkilərin satışının qadağan olunması təşəbbüsü Rusiya hökumətində bəyənilib.
Olaylar.az xəbər verir ki, bu barədə "Kommersat" baş nazirin müavini Konstantin Çuyçenkonun yazılı rəyinə əsaslanan məlumat yayıb.
Sənəd vətəndaşların istirahət və sakitlik hüququnun, eləsəcə də ictimai asayişin qorunmasına yönəlib. Qanun qüvvəyə minərsə ölkədə 10 minə yaxın kafe, eləcə də pivə satışı nöqtələri bağlanacaq.
Bundan əvvəl Rusiyanın səhiyyə naziri Oleq Salaqay bildirmişdi ki, qurum 21 yaşdan aşağı gənclərə alkoqollu içki satışını qadağan edən qanun layihəsi hazırlayıb.
teleqraf.com