Misirdə qədim məbəd tapıldı
Misirdə qədim məbəd tapıldı
17 Sentyabr 2019 07:13 DünyaMisirin Sohaq əyalətində "qara arxeoloqlar" yaşayış binasının altında Ptolemeylər dövrünə aid qədim məbəd aşkarlayıblar.
Olaylar.az xəbər verir ki, Misirin təhlükəsizlik orqanları və turist polisinin birgə keçirdiyi əməliyyat nəticəsində yaşayış evində 9,6 metr dərinliyində 2,6 kvadratmetr sahədə yeraltı şaxta, onun içərisində məbədin divarları və əhəngdaşından döşəmə aşkar edilib.
Eləcə də əhəngdaşından tikilmiş divarlarda rəsmlər, yazılar və bəzəklər olan otaq tapılıb.
Qeyri-qanuni qazıntı işləri aparan "arxeoloqlar" hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, yaşayış binası möhürlənib.
teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31