Qonşu ölkə yenə "silkələndi"
Qonşu ölkə yenə "silkələndi"
16 Sentyabr 2019 18:40 Dünyaİranın İsfahan vilayətinin Semirom rayonunda 4,3 bal gücündə zəlzələ baş verib.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu İranın Tehran Universiteti Geofizika İnstitutunun Seysmologiya Mərkəzi bildirib.
Məlumata görə, zəlzələ rayonun Vənək şəhərinin 9 kilometrliyində 8 km dərinlikdə qeydə alınıb.
Ölən və ya xəsarət alanlar barədə məlumat verilməyib.
Xatırladaq ki, 8 iyulda İranın cənub-qərbində Xuzistan vilayətində 5,7 bal gücündə baş verən zəlzələ nəticəsində 1 nəfər həlak olub, 112 nəfər yaralanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31