Əfqanıstanda yenə partlayış - Qadınlar və uşaqlar ölüb
Əfqanıstanda yenə partlayış - Qadınlar və uşaqlar ölüb
16 Sentyabr 2019 16:52 DünyaƏfqanıstanda güclü partlayış olub.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, Fərəh vilayətində baş vermiş partlayış nəticəsində qadın və azyaşlı uşaqlar daxil olmaqla 5 nəfərin öldüyü bildirilir. Məlumata görə, partlayış kustar üsulla hazırlanmış partlayıcı qurğunun işə düşməsi ilə baş verib.
Partlayışla bağlı məsuliyyəti hələ ki heç bir terror qruplaşması öz üzərinə götürməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31