Qonşu ölkədə "Konqo-Krım" qızdırmasına yoluxanların sayı artır

Qonşu ölkədə "Konqo-Krım" qızdırmasına yoluxanların sayı artır

İranda "Konqo-Krım" qızdırmasına yoluxanların sayı 90-nı keçib.

Bunu İranın Baytarlıq Təşkilatının sədr müavini Kərim Əmiri deyib.

K.Əmirinin sözlərinə görə, statistikaya əsasən cari ildə bu qızdırma nəticəsində 10 nəfər həlak olub.

Sədr müavini əlavə edib ki, İranın şərq sərhədlərində qanunsuz heyvan qaçaqmalçılığı Sistan və Bəluçestan vilayətində bu xəstəliyin artmasına səbəb olub.

trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31