İranda tayfalararası dava - Ölənlər var
İranda tayfalararası dava - Ölənlər var
16 Sentyabr 2019 16:23 Dünyaİranın Həmədan vilayətində kəndlərdən birində 2 tayfa arasında silahlı insident baş verib.
Bunu rayonun hüquq-mühafizə orqanının polis rəisi Məhəmməd Baqir Solqi deyib.
M.Solqinin sözlərinə görə, insident nəticəsində hər tayfadan bir nəfər ov silahı ilə qətlə yetirilib.
Dava torpaq üstündə baş verib. Hadisə ilə əlaqədar hər iki tərəfdən 11 nəfər saxlanılıb.
Kənddə hadisə ilə əlaqədar tədbirlər gücləndirilib.
trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31