Tramp: “Səudiyyə Ərəbistanına kimin hücum etdiyini bilirik”

Tramp: “Səudiyyə Ərəbistanına kimin hücum etdiyini bilirik”

"Biz Səudiyyə Ərəbistanına kimin hücum etdiyini bilirik və istintaqın nəticələrindən asılı olaraq döyüşə hazırıq".

Olaylar.az xarici mediaya istinadən bildirir ki, bu fikirləri ABŞ prezidenti Donald Tramp bildirib.

ABŞ prezidenti cavab tədbirləri görmək üçün Ər-Riyadın təsdiqini gözləyir.

Bundan əlavə, Tramp bildirib ki, neft bazarında sabitliyi qoruyub saxlamaq üçün ABŞ-ın strateji neft ehtiyatlarının istifadəyə verilməsinə icazə verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31